Bakıda mənzildən meyit tapılıb

17
noy
2020
20:39
Bakıda mənzildən kişi meyiti tapılıb.
BAKU.WS xəbər xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdlü Mehdiyev Soltanəhməd Elxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda mənzildə meyit aşkar olunub
Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olunub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar...
