Bakıda mənzildə meyit aşkar olunub
 
                            
                            
                                09
                                okt
                            
                                2020
                                22:17
                            
                            Bakıda qapısı bağlı qalan mənzildə meyit aşkar olunub.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.
Məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Ramazanov Alıbəli Hüseyn oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda mənzildən meyit tapılıb
Bakı şəhərinin Nizami rayonunda mənzildən meyit tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttin...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    