Həmin yerdə ev kanalizasiya xəttinin üstündə tikilibmiş - RƏSMİ CAVAB
Qeyd etdiyiniz ünvanda kanalizasiya xəttinin üzərində qeyri-qanuni olaraq ev inşa edilib.
Bu barədə BAKU.WS-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, evin altından keçən xəttdə qəza baş verib.
"Hazırda xəttin evin altından keçən hissəsinin yerinin dəyişdirilməsi istiqamətində işlər həyata keçirilir. Müvafiq qurumlara müraciət olunub. Yaxın müddətdə xəttin yeri dəyişdirilərək məsələ öz həllini tapacaq", - deyə məlumatda vurğulanıb.
***12:11
Bakının Sabunçu rayonunda yerləşən Sultanməcid Əfəndiyev küçəsində ciddi infrastruktur problemi yaranıb.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, 155 nömrəli məktəbin və Sabunçu məscidinin yaxınlığında kanalizasiya borusunun partlaması nəticəsində tullantı suları küçəyə axır.
Hadisə yerindən verilən məlumata görə, sızma birbaşa yolun ortasında baş verdiyindən ərazidə torpaq çökməyə başlayıb. Kanalizasiya quyusunun qapağı ətrafında da çöküntülər müşahidə olunur.
Sakinlər bildirir ki, problem bir neçə gündür davam edir və aidiyyəti qurumlara dəfələrlə məlumat verilməsinə baxmayaraq, hələ ki, heç bir tədbir görülməyib.
"Bir-iki gün də belə davam etsə yol tam çökəcək və bədbəxt hadisə qaçılmaz olacaq. Çünki oraya maşın düşsə yoxa çıxar, o qədər böyük kanalizasiya xətti keçir yerin altından", - deyə şikayətçi vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
AMB valyuta mübadiləsi xidməti göstərən 2 şirkətin vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən "Money Shop" və "MMK-014" MMC-lərin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib. BAKU....