Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə çalışan qadının keçmiş əri təhsil müəssisəsinin həyətində onun şah damarını kəsib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15 radələrində baş verib.
270 nömrəli tam orta məktəbdən bildirilib ki, təhsil ocağının qadıntexniki işçisinə keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: "Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".
O, boyunun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Oxşar xəbərlər
Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb
Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə...