Bakıda məktəbin həyətində kütləvi davada 2 nəfər bıçaqlanıb

Bakıda məktəbin həyətində kütləvi davada 2 nəfər bıçaqlanıb
Hadisə 232

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.

2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər