Bakıda maşın alova qərq oldu - YENİLƏNİB - VİDEO

Bakıda maşın alova qərq oldu - YENİLƏNİB - VİDEO
Video
Hadisə 385

Bakıda avtomobil yanıb.

BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, şadlıq saraylarının birinin qarşısında “Audi Q7” markalı avtomobilin mühərrik hissəsində yaranan nasazlıq yanğına səbəb olub.

Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***21:48

Bakıda minik avtomobili yanmağa başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumatına görə, yanğın 8-ci km., Mikayıl Əliyev küçəsində, "Neptun Saray"ın qarşısında baş verib. Vətəndaşlar yanğının qarşısını almağa çalışıblar.

Hadisənin görüntülərini təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər