Bakıda masaj salonu işlədən qadın şərikini dəmir dabankeşlə döydü

Bakıda masaj salonu işlədən qadın şərikini dəmir dabankeşlə döydü
Hadisə 109

Nəsimi Rayon Məhkəməsində Bakıda masaj salonunda xuliqanlıq etməkdə təqsirləndirilən Günəş Əhədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Əhədovaya altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət vasitəsi olan qolbaq tətbiq olunub.

İttihama görə, Bakının Nəsimi rayonu ərazisində Səbinə və Gülnarə adlı şəxslər masaj salonu icarəyə götürüblər. Bir müddətdən sonra xarici ölkə vətəndaşı olan Səbinənin haqqında Azərbaycandan deportasiya edilmə qərarı çıxarılıb. Ondan sonra salonda işləyən Günəş obyektə şərik olduğunu deyib. Günəş kassadan 250 manat götürüb və buna görə qadınlar arasında dava düşüb. Günəş Gülnarəni saçından tutaraq döyüb, salondakı dəmir dabankeşlə ona zərbələr endirib.

Gülnarənin şikayətindən sonra polis əməkdaşları Günəş Əhədovanı saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq - CM-in 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə cinayət işi açılıb.

Son xəbərlər