Bakıda mağazanın qarşısından motosikleti oğurladılar - ANBAAN VİDEO
Bakının Nəsimi rayonu ərazisində mağazaların birinin qarşısından motosiklet oğurlanıb.
Bu barədə mağaza sahibi Çinarə Məmmədli BAKU.WS-in “qaynar xətti”nə bildirib.
Onun sözlərinə görə, iyunun 5-də saat 20:41-də naməlum şəxs Alı Mustafayev küçəsində yerləşən mağazanın qarşısında saxlanılan motosikleti oğurlayıb.
“Motosikleti 2 il əvvəl 3800 AZN-ə almışdım”, - deyə Çinarə xanım vurğulayıb.Oğurluq müşahidə kamerasına düşüb. Görüntülərdən də anlaşılır ki, bir nəfər motosikleti oğurlayır.
Hadisədən sonra polisə məlumat verilib. Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən məsələ ilə maraqlanıblar. Xanım bölməyə dəvət olunub və onun izahatı alınıb.
Hazırda oğurluğu törədən şəxsin tapılması istiqamətində araşdırma aparılır.
Oğurluq hadisəsinin görüntülərini təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...