Bakıda mağazalarda iki nəfərin pulqabıları oğurlanıb

Bakıda mağazada qadın satıcının pulqabısını oğurlayıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində bir mağazadan 583 manat pul, digər mağazadan isə satıcının içərisində 1124 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məzahir Cəfərov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Çoban Tovuzda tək qalan müəllimi zorladı - Gecəyarısı təcavüz
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com”a istin...