Bakıda kişi oğurluğa getdiyi evin zirzəmisində öldürüldü
25
okt
2019
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 24-də saat 13 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində 1 nəfərin Saatlı rayon sakini Daxil Allahyarovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsi barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub.BAKU.WS xəbər verir ki, bu badərə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılıb.Hüquq-mühafizə orqanlarından “oxu.az”a verilən məlumata görə, cinayət günorta saatlarında Murtuza Muxtarov küçəsindəki 185 nömrəli yaşayış binasının zirzəmisində baş verib.Belə ki, sözügedən ərazidə 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu döş qəfəsindən bıçaqlanıb. O, hadisə yerində ölüb.İlkin araşdırma zamanı oğurluqda şübhəli bilinən şəxsin zirzəmidə gizlənmək istəyərkən ev mühafizəçisi tərəfindən bıçaqlandığı məlum olub.Belə ki, hadisə zamanı yaxınlıqda olan gənclərdən biri D.Allahyarovu təqib edib və binanın zirzəmisində onu yaralayıb.Cinayətdə təqsirləndirilən şəxs tutulub. Adı hələlik açıqlanmır.Cinayət faktı ilə bağlı rayon prokurorluğu tərəfindən cinayət işi açılıb.Qeyd edək ki, son 24 saatda Bakıda iki qətl hadisəsi baş verib. Hər iki cinayətdə qurbanlar kişi olub. İkinci ağır cinayət Xətai rayonunda qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda 3 nəfər qadını zorakılıqla qətlə yetirdilər
Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barə...