Atasının gözü qarşısında BDU-nun tələbəsini qətlə yetirən şəxs ələ keçdi

Atasının gözü qarşısında BDU-nun tələbəsini qətlə yetirən şəxs ələ keçdi
Hadisə 2144

Fevralın 12-də saat 20 radələrində Şirvan şəhərində gənc tələbəni qətlə yetirən şəxsi polis tutub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olub.Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Faktla bağlı cinayət işi başlanılıb.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.Qeyd edək ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər