Bakıda keçmiş məhkum avtomobil oğurlayıb

Bakı sakininin avtomobili oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinə (PŞ) yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun “Forland” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin hərəkətdə olması aşkar edilib.
Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum oldu - RƏSMİ
Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Belə k...