Bakıda karantini pozan kafe sahibi həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə mayın 30-u saat 22 radələrində paytaxtın Binəqədi rayonunda yerləşən "Təklə məkan" kafesində qeydə alınıb.
Belə ki, Binəqədi rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin kafenin xüsusi karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi məlum olub.
Müvafiq tədbirlərlə kafenin sahibi 1971-ci il təvəllüdlü Hüseyn Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.Hüseynov barəsində 1 ay inzibati həbs tənbeh növü tətbiq edilib.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...