Bakıda karantin qaydalarını pozan taksi sürücüsü həbs edilib

07
iyl
2020
20:09
Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Oxşar xəbərlər
Bakıda karantini pozan kafe sahibi və müştəriləri cəzalandırıldı - FOTO
Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud prevent...
