Bakıda "KamAZ" avtomobilin üzərinə aşdı - FOTO

24
mar
2023
08:30
Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan yük maşını eyni istiqamətdə olan “Honda” markalı nəqliyyat vasitəsinin üzərinə aşıb. Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda minik maşını yük avtomobilinə çırpılıb - FOTO
Bakının Yasamal rayonunda yol qəzası qeydə alınıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, avtoqəza Qafur Məmməd küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməs...
