Bakıda minik maşını yük avtomobilinə çırpılıb - FOTO
                            
                                17
                                fev
                            
                                2023
                                08:39
                            
                            Bakının Yasamal rayonunda yol qəzası qeydə alınıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, avtoqəza Qafur Məmməd küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü yolun asfalt qatının sürüşkən olduğunu nəzərə almadığına görə sükana nəzarəti itirib.
İdarəetmədən çıxan minik maşını prospektə dönən ağır tonajlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik maşınında olan bir nəfər xəsarət alıb və “Toyota” markalı avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...