Bakıda kafedə yanğın olub - YENİLƏNİB - FOTO

Bakıda kafedə yanğın olub - YENİLƏNİB - FOTO
Hadisə 394

Hazırda " 50 Qəpik" kafesində yanğınsöndürmə işləri davam etdirilir.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***14.50

Bakı şəhərinin Nərimanov rayonunda kafe yanır.

Oxu.Az-ın məlumatına görə, yanğın Keşlə bazarının yaxınlığında yerləşən “50 Qəpik” kafesində baş verib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bakıda kafedə yanğın olub - YENİLƏNİB - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər