Bakıda iki qardaş dostları ilə birləşib azyaşlı qıza əxlaqsızlıq etdilər
Xəzər rayonunun Türkan qəsəbəsində azyaşlı qıza cinsi qısnama xarakterli hərəkətlər edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edilən əməli törədən paytaxt sakinləri 20 yaşlı İ.Məmmədov, qardaşı 22 yaşlı E.Məmmədov və tanışları 19 yaşlı A.Məmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb ediliblər.
Hazırda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ərinin boğazını bıçaqla kəsdi – ŞOK hadisənin DETALLARI
Arvadı canına qəsd etdiyini deyirdi, polis qətl olduğunu müəyyən etdi... Qadın ərinin boğazını bıçaqla kəsərək qətlə yetirib... BAKU.WS Xəzər TV-yə istinadən xə...