Bakıda iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

12
avq
2019
17:07
Bakıda yol qəzası baş verib. BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə ikisi qadın olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Baku Bus"ın avtobusu maşınla toqquşdu, xəsarət alan var - FOTO
Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçə...
