Bakıda heyvan sığınacağında dava: Könüllü qadın döyüldü
Bakıda heyvanların sığınacağında dava düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən sığınacaqda baş verib. Sığınacağın rəhbəri Ülviyyə Məmmədovanın (soyadı şərtidir) rəfiqəsi Fəridə adlı xanım sığınacaqda könüllü olaraq yaralı heyvanlara xidmət göstərirmiş. O, sığınacaqda olarkən digər könüllü Leyanna adlı xanımla tanış olub və asudə vaxtlarında orada heyvanlara qulluq ediblər.
Bir müddət əvvəl Leyanna xəsarət alan itlə bağlı Fəridəyə zəng vurub və onunla məsləhətləşmək istəyib. Bu vaxt onların arasında mübahisə yaranıb və Fəridə Leyannanın telefon nömrəsini bloklayıb.
Bir neçə saatdan sonra Fəridə sığınacağa gələrkən Leyanna onun qarşısını kəsib və mübahisə yenidən davam edib. Mübahisə davaya çevrilib, nəticədə Leyanna Fəridəni döyüb.
Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı...