Bakıda həyat yoldaşı və qayınatasını öldürməyə cəhd edən şəxsə 14 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını və qayınatasını öldürməyə cəhddə təqsirləndirilən Abbas Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS “Trend”ə istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Mirzəyev 14 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. A.Mirzəyev qayınatası Vaqif Seyidovun evinə gələrək həyat yoldaşı Nigar Mirzəyevaya və qayınatası Vaqif Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.Məlumata görə, bıçaqlanan Nigar Mirzəyeva A.Mirzəyevin bibisi qızıdır və 14 yaşında ailə qurub.
İstintaq orqanı tərəfindən Abbas Mirzəyev barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham verilib.
Oxşar xəbərlər
Maştağada şok olay: 14 yaşında gəlin, 16 yaşında ana oldu, 32 yaşında isə… - Təfərrüat
Bakıda arvadını və qayınatasını öldürməyə cəhddə ittiham olunan Abbas Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. BAKU.WS “teleqraf.com”a istinadən xə...