Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi detallar məlum olub - YENİLƏNİB - VİDEO

Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi detallar məlum olub - YENİLƏNİB - VİDEO
Video
Hadisə 13730

7-ci mikrorayonda qeydə alınan intiharla bağlı bəzi detallar məlum olub.

BAKU.WS-in məlumatına görə, intihar edən şəxs 1983-cü il təvəllüdlü Səbinə Məmmədzadə Adil qızı adlı xanım olub. O, yaşadığı Süleyman Sani Axundov küçəsindəki hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***17:37

Bakının 7-ci mikrorayonu ərazisində daha bir intihar hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Şahidlərin sözlərinə görə, gənc qız özünü hündürmərtəbəli binadan atıb. Həmin şəxs hadisə yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İntiharın nə səbəbdən baş verdiyi araşdırılır.

Son xəbərlər