Bakıda gecə yaşlı kişini maşınla vurub öldürdülər – DƏHŞƏTLİ VİDEO

02
iyl
2019
09:07
Bakının Xətai rayonu, Nobel prospektində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.Belə ki, "VAZ 2107" markalı avtomobil yoldan keçən yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Sürücü qəzadan sonra ordan qaçıb.APA-nın verdiyi məlumata görə, piyadanı avtomobillə vurduqdan sonra ərazidən yayınan sürücü saxlanılıb.Həmin şəxs polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub.Bildirilir ki, qəzada iştirak edən "VAZ 2107" markalı avtomobilin də yeri müəyyən edilib.
Oxşar xəbərlər
Bakıda maşının vurduğu qadın küçədə can verdi – DƏHŞƏTLİ VİDEO
Ötən gün axşam saatlarında Bakının Sabunçu rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”n...
