Bakıda fərdi ev külə döndü
15
dek
2024
12:35
Bakıda fərdi ev tamamilə yanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Arif İsmayılov 32 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən, Əsədullayeva Səidə Abdulla qızına məxsus birmərtəbəli, 100 kv.metrlik ev tamamilə yanaraq kül olub. Əraziyə FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və 25 nəfər şəxsi heyəti cəlb edilib, alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu
Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsi ilə nəticələnib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib. Kənd...