Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü
12
noy
2019
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 11-i səhər saat 08 radələrində Bakıda iki nəfər çirkab quyusuna düşərək ölüb.Bu barədə Bakı şəhər prokurorluğundan BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazsində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna tapşırılıb.Ziya SƏCCAD
Oxşar xəbərlər
Şirvanda orta yaşlı kişi kanalizasiya quyusuna düşərək boğulub
Şirvanda bədbəxt hadisə baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.İlkin məlumata g...