Sumqayıtda zavodda baş verən partlayışla bağlı cinayət işi başlandı
28
mar
2019
11:02
Martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən “STP-3 Metaləritmə” zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.Bu barədə Sumqayıt şəhər prokurorluğundan BAKU.WS-ə məlumata görə, hadisə yerində digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunub.Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən 27 mart 2019-cu il tarixdə vəfat edib.Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda partlayış: ölən və yaralananlar var
Sumqayıtda polad əritmə sexində partlayış baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliy...