Bakıda faciə: Fəhlə torpaq uçqununa düşüb öldü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dərhal çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb.
Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin meyiti çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb. ***16:49 Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən axşam saatlarında qar uçqununa düşə...