Bakıda ərəblərin biabırçı hərəkətlərinin YENİ GÖRÜNTÜLƏRİ– YENİLƏNİB - VİDEO
04
iyl
2019
14:21
Bakıda ərəb turistlərin davası ilə bağlı yeni görüntülər əldə etmişik.BAKU.WS-in “qaynar xətti”nə göndərilən videodan da göründüyü kimi “Park Bulvar”da qeydə alınan hadisədə iki ərəb turist bir-birilə dalaşır.Onları mühafizəçilər və mühafizə polisinin əməkdaşları ayıra bilmir. Ətrafda olan insanlar da, ərəb turistlərin davasından narahat görünürlər.Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev də BAKU.WS-ə bildirib ki, əslində hadisə zamanı ərəblər azərbaycanlı ilə yox, öz aralarında dava ediblər.“Ərəb turistlər öz aralarında mübahisə ediblər. Bu da ətrafda olan vətəndaşların narahatlığına səbəb olub. Faktla bağlı məlumat və video BAKU.WS-də yayıldıqdan sonra ərazi üzrə 39-cu polis bölməsində təhqiqat araşdırmaları başlayıb.Faktla bağlı araşdırma aparılır. Xəbərlərdə qeyd edildiyi kimi azərbaycan vətəndaşları olmayıb”, - deyə Elşad Hacıyev bildirib.***12.24Bakıda ərəb turistlərin davası ilə bağlı araşdırmalardan sonra hadisənin “Park Bulvar”da qeydə alındığı məlum olub.Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib.Qurum rəsmisi bildirib ki, əslində hadisə zamanı ərəblər azərbaycanlı ilə yox, öz aralarında dava ediblər.“Ərəb turistlər öz aralarında mübahisə ediblər. Bu da ətrafda olan vətəndaşların narahatlığına səbəb olub. Faktla bağlı məlumat və video BAKU.WS-də yayıldıqdan sonra ərazi üzrə 39-cu polis bölməsində təhqiqat araşdırmaları başlayıb.Faktla bağlı araşdırma aparılır. Xəbərlərdə qeyd edildiyi kimi azərbaycan vətəndaşları olmayıb”, - deyə Elşad Hacıyev bildirib.10.30Bakıda ərəb turist ilə azərbaycanlı dava ilə bağlı araşdırmalara başlanılıb.Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri və davaya səbəb olan şəxsin kimliyi araşdırılır.Qeyd edək ki, Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.Baş verən davanın videosunu redaksiyamızın “qaynar xətti”nə göndəriblər.Videodan da göründüyü kimi ərəblə dava salan vətəndaşımızı mühafizə xidmətinin əməkdaşları ayıra bilməyiblər.Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.
Oxşar xəbərlər
Bakıda ticarət mərkəzində ərəblərlə azərbaycanlılar arasında dava düşdü – VİDEO
Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birind...