Bakıda əmrə tabe olmayan sürücünü 3 polis maşını saxladı - ANBAAN GÖRÜNTÜ
Bakıda yol polisinin qanuni "saxla" əmrinə tabe olmayaraq avtomobili idarə edən sürücü 3 polis maşını tərəfindən saxlanılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə paytaxtın Azərbaycan prospektində qeydə alınıb.
"Saxla" əmrinə tabe olmayan sürücünü iki DYP və bir PPX avtomobili saxlayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında bildirib ki, BMW markalı "10-RE-031" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Səxavət Talıbova yol hərəkəti qaydasını pozduğu üçün BDYP əməkdaşları tərəfindən saxla işarəsi verilib: "Sürücü əmrə məhəl qoymaraq hərəkəti davam etdirib. Yolda avtoxuliqanlıq hərəkətləri edib. Nəqliyyat vasitəsi saxlanılarkən məlum olub ki, sürücü sərxoş vəziyyətdə olub. Barəsində protokol tərtib olunub və baxılması üçün adiyyyəti üzrə məhkəməyə göndəriləcək".
Oxşar xəbərlər
Tovuzda avtomobil iki gənc qızı vurub
Tovuzda iki gənc qızı avtomobil vurub. BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb. Belə ki, "Range Rover" markalı avtomobi...