Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıcların keçirdiyi operativ xilasetmə əməliyyatı nəticəsində 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşının iştirakı ilə xilas olunub.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.