Bakıda dəhşət! - Qadın maşının altında qaldı - Ürəyi zəif olanlar baxmasın! - VİDEO - YENİLƏNİB

Qəza Binəqədi rayonu ərazisində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.
Bu barədə BAKU.WS-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, iki avtomobil bir-biri ilə toqquşub. Daha sonra isə maşın piyadaya dəyib:
"Polis dərhal hadisə yerinə gedib, yaralı xəstəxanaya çatdırılıb. Zəruri tədbirlər görülüb, piyadanın vəziyyəti ilə bağlı məlumat yoxdur".
***
Paytaxtın Azadlıq prospektində ağır yol-qəza hadisəsi baş verib.
BAKU.WS-ə daxil olan məlumata görə, "Vorovski" adlanan ərazidə qadın maşının altında qalıb.
Dərhal ətrafdakılar hadisəyə müdaxilə edərək, qadını oradan çıxartmağa cəhd göstərib.
Qəza nəticəsində ölən olub-olmaması barədə məlumat yoxdur.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
