Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı
Hadisə 527
Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda 50 yaşlı kişini maşın vurdu

Bakıda 50 yaşlı kişini maşın vurdu

Bakıda yaşlı kişini maşın vurub.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.Nizami rayonu, Q.Qarayev prospekti...

474 Hadisə 23:12 15 iyul 2019

Son xəbərlər