Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI

48 yaşlı Lamiyə Məmmədova namaz qıldığı yerdə qətlə yetirilib. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Ehtimal olunur ki, qadın həyat yoldaşı Ramil Məmmədov tərəfindən qətlə yetirilib.
Onun dəmir əşya ilə başından bir neçə dəfə vurulduğu, daha sonra barmaqlarının sındırıldığı deyilir.
"Gecə saat 00-a qalmışdı, bir də eşitdim ki, çığır-bağır səsləri gəlir. Polis gəlmişdi. Nə baş verdiyini soruşanda, dedilər ki, kişi həyat yoldaşını dəmirlə vurub, sonra da qaçıb gedib. Yeniyetmə oğulları var. Anasının meyitini görüb, şokda idi", - deyə mərhumun qonşusu bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məmmədov Gürcüstan Respublikasında saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
***09:38
Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanılıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məhərrəm oğlu Məmmədov Gürcüstan Respublikasında saxlanılıb.
Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
***10/02/2025 21.25
Fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri çərçivəsində dəhşətli qətl hadisəsi baş verib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Binə qəsəbəsi 138-ci döngə, küçə 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məməddova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürüb.
Hadisəni qadının həyat yoldaşı 46 yaşlı Ramil Məmmədovun törətdiyi deyilir.
Bildirilir ki, o, qadının dəmir əşya ilə başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyidin belində də barmaq izlərinin olduğu müəyyənləşib.
Hadisədən sonra Ramil Məmmədov qaçıb. Hazırda qətldə şübhəli bilinən Ramil Məmmədovun axtarışları davam edir.
Hüquq mühafizə orqanlarından BAKU.WS-ə hadisəni təsdiqləyiblər və qaçan şəxsin hələlik tapılmadığı bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ziya SƏCCAD

Oxşar xəbərlər
Sumqayıtda mənzillərin su sayğaclarına qənim kəsilən şəxslər SAXLANILDILAR
Sumqayıtda 14 mənzilin su sayğacını oğurlayan şəxslər saxlanılıblar. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb....