Bakıda dayanacaq uçdu - FOTO
24
iyl
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək səbəbindən dayanacaq uçub.BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, digər ərazilərdə bu cür hal qeydə alınmayıb:“Sözügedən ərazidə də bununla bağlı xəsarət alan olmayıb. Bakı Nəqliyyat Agentliyinin texniki heyəti hadisə yerinə cəlb olunacaq və dayanacaq qısa müddət ərzində düzəldiləcək”.Qeyd edək ki, sözügedən ərazidə biri köhnə olmaqla ard-arda iki dayanacaq var və küləyin təsiri ilə arxadakı dayanacaq da yararsız vəziyyətə düşüb. Çox maraqlıdır ki, köhnə dayanacaq sökülmədən yenisini quraşdırıblar. Hazırda isə ikisi də bərbad vəziyyətdədir.
Qalereya
Oxşar xəbərlər
Küləklə bağlı xəbərdarlıq edildi
Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib.Bu barədə Agentlikdən BAKU.WS-ə məlumat verilib.BNA hazırda müşahidə olunan küləkli hava şəraiti i...