Bakıda daha 2 uşağı it dişləyib
22
apr
2019
15:03
Bakıda daha 2 uşağı it dişləyib.BAKU.WS xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı, uşaqlardan birinin valideyni Sahib Musayev verib. O bildirib ki, təqribən 2 həftə əvvəl Yeni Yasamal, Əsəd Əhmədov küçəsində 13 yaşlı oğlu Hafiz Musazadəni it dişləyib.Ailə uşağı əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə, daha sonra 5 nömrəli xəstəxanaya apararaq iynə vurdurub:“Biz ikinci iynəni vurdurmaq üçün xəstəxanaya gedəndə gördük ki, eyni küçədə başqa bir uşağı da it dişlədiyi üçün müayinəyə gətiriblər. Komendanta müraciət etdik, bir şey edə bilməyəcəyini dedi.Daha sonra Toplan - Sahibsiz itlərə qayğı mərkəzinə müraciət etdim ki, itlər Balaxanıya aparılsın”.
Oxşar xəbərlər
Yevlaxda QƏRİBƏ hadisə: Siçan kişini xəstəxanalıq etdi
Yevlaxda qəribə hadisə baş verib - orta yaşlı kişini siçan dişləyib.BAKU.WS trend-ə istinadən xəbər verri ki, 1985-ci il təvəllüdlü Mirzəyev Teymur Nazim oğlu e...