Bakıda “Coca-Cola”nın qazanxanasında gözlənilməz hadisə - 3 nəfər xəsarət aldı
30
may
2019
14:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb. BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasında baş verib.Qazanxanadakı avadanlıqlarda yaranan nasazlıq nəticəsində orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar.Faktı ONA-ya şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiqləyiblər. Şöbənin əməkdaşı Səlminaz Ələkbərova bildirib ki, mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb.
Oxşar xəbərlər
Salyanda yol qəzası - Xəsarət alanlar var
Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Əl...