Bakıda çoxmərtəbəli binanın lifti qırıldı: YARALILAR VAR

18
iyn
2022
10:24
Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Bakıda liftdəki qəza ilə bağlı həbslər başladı
Bakıda binanın liftinin qırılması ilə bağlı “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi i...