Bakıda bu küçə yağış və qar sularının altında qaldı
Bakının Sovxoz Ramana ərazisində 163 nömrəli avtobusun hərəkət etdiyi magistral yol yağan qar və yağış səbəbindən su ilə dolub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Yolun bu vəziyyəti həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradıb.
Sakinlərin sözlərinə görə, güclü yağıntıdan sonra yolda iri su gölməçələri yaranıb. Avtobuslar və minik avtomobilləri çətinliklə hərəkət edir, piyadalar isə yolu keçməkdə problem yaşayırlar.
Qeyd edək ki, yolun bu hala düşməsi əsasən yağan qarın əriməsi və davam edən yağışlarla əlaqələndirilir. Sakinlər problemin aradan qaldırılması üçün aidiyyəti qurumların tədbir görməsini xahiş edirlər.
Oxşar xəbərlər
Bacısı oğlundan sabiq deputata ittiham: "Ştutqart"ı qanunsuz yolla əlimizdən alıb"
Avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır. Keçmiş deputat Nəriman Əliyevin mağazalar...