Bakıda boya sexində başlayan yanğın söndürüldü - VİDEO

27
avq
2019
15:26
Bakıda başlayan güclü yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.***12:10Bakıda güclü yanğın başlayıb.BAKU.WS xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 103A ünvanında qeydə alınıb.Məlumata görə, yanğın sözügedən ərazidə yerləşən boya sexlərindən birindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub."oxu.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə "Metprof" MMC-də baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.İlkin məlumata görə, xəsarət alan yoxdur.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda şadlıq sarayında güclü yanğın - 360 nəfər təxliyə edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində “Nur” şadlıq sarayında yanğın olması barədə məlumat daxil olub.FHN-dən BAKU....
