Bakıda “BMW” və “Mercedes” toqquşdu: Xəsarət alan var - FOTO

06
dek
2023
08:57
Bakının Nəsimi rayonunda iki maşın toqquşub, xəsarət alan var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Həzi Aslanov küçəsində baş verib.
Belə ki, “BMW” markalı maşının sürücüsü dördyol ayrıcından keçərkən “Mercedes” markalı maşına çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı maşında olan sərnişin xəsarət alıb.
Hadisədə “BMW” markalı nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Fakt Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Paytaxtda dörd avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
Bu gecə Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xan Şuşinski və Vaqif küç...
