Ziya Bünyadov prospektində yolda hərəkətə tətbiq edilən məhdudiyyət aradan qaldırıldı
Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə BAKU.WS-a Daxili işlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, adıçəkilən ərazidə bitum yanacağı daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
***08:25
Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yük maşını aşıb.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan bitum yanacağı yola dağılıb.
Daxili işlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Oxşar xəbərlər
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Bakı və ayrı-ayrı rayonlarda dekabrın 5-də 64 odlu silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, beş avtomat,...