Bakıda banka saxta əsginas verməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda banka saxta əsginas verməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-i saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.
Oxşar xəbərlər
Polis evlərə basqın edən iki oğrunu hadisə yerində yaxaladı
Bakıda iki evdən oğurluğa cəhd edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd olunub ki, Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın...