Bakıda bacı-qardaşın yanaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Səbail rayonunda yanğında iki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi, 17-ci küçədə yaşayan 1956-cı il təvəllüdlü Nəbiyeva Rəna Mahmud qızı və qardaşı- 1951-ci il təvəllüdlü Nəbiyev Firidun Mahmud oğlu yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.
Faktla bağlı FHN-nin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Oxşar xəbərlər
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı
Baku TV-nin "Kriminal" verilişində 2024-cü il noyabrın 5-də Sabunçu qəsəbəsində baş vermiş ağır cinayət hadisəsindən bəhs olunub. Həmin gün saat 22 radələrində...