Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Qoşqusunda 31 ton dizel yanacağı olan "Mercedes" markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb. Xəsarət alan olmayıb. Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Ağdamda quyudan kişi meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, meyit rayonunun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində a...