Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb
Bu gün 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
BAKU.WS xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.
Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən ərazidə avtomobilin skuter sürən azyaşlını vurması ilə bağlı görüntülər yayılıb.
***20:44
Bakının mərkəzində – Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, avtomobil skuter sürən azyaşlını vurub.
Nəticədə azyaşlı hadisə yerində həyatını itirib.
Oxşar xəbərlər
Qazaxda avtomobil piyadanı vurub
Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyə...