Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürdü
Hadisə 3

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 26-sı saat 20 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində qəsəbə sakini N.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Tamella Alışanbəylini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər