Bakıda avtomobil piyadanı vurub öldürdü
28
may
2022
10:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə mayın 27-də saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini E.Gəncəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Seyfəl Veysəlovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Maşın eyni anda 2 piyadanı vurub öldürdü - YENİLƏNİB - VİDEO
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarədən BAKU.WS-ə daxil olan məlumatda d...