Bakıda avtomobil "Azəriqaz"ın qazdığı quyuya düşüb - FOTO
07
avq
2019
23:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobil qaz borusu təmir edilən quyuya düşüb. Hadisə Yasamal rayonunda baş verib. Hüseyn Cavid prospekti 231-235 ünvanında “Daewoo” markalı avtomobili idarə edən Əziz Vəliyev qəfil yolun ortasında qazılmış quyuya düşüb. Sürücü sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. BAKU.WS bildirir ki, Ə.Vəliyevin APA-ya verdiyi xəbərə görə, “yolda heç bir nişan qoyulmayıb”. Nəticədə qəza baş verib.Hadisə yerinə “Azəriqaz” ASC-nin əməkdaşları cəlb edilib.“Azəriqaz” ASC-nin çilingəri bildirib ki, yolda nişan qoyulub, işlər çox olduğundan yolu qazaraq işi yarımçıq qoyublar.Hadisə yerinə Yasamal RPİ və Yasamal DYPŞ-nın əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranmasın deyə Yol Patrul Xidmətinin əməkdaşları hərəkəti nizamlayıb.Qeyd edək ki, avtomobili quyudan çıxarmaq üçün hadisə yerinə ağır texnika da cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Avtobus qəza törətdi – Hərəkət iflic oldu – FOTO
Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl "Şamaxinka" adlanan ərazidən üzü Biləcəri...