Avtobus qəza törətdi – Hərəkət iflic oldu – FOTO

23
iyl
2019
09:16
Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl "Şamaxinka" adlanan ərazidən üzü Biləcəri dairəsinə gedən yolda qeydə alınıb.Minik avtomobili 90-TJ-109 dövlət nömrəli “Volkswagen” markalı avtomobili və 92 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.Hadisə səbəbindən Biləcəri qəsəbəsi və qəsəbəyə düşən yol bir müddət bağlı qalıb, bu səbəbdən digər marşrut avtobusları da xətdən çıxaraq yollarını dəyişiblər.Qəza yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşları yaranmış problemi aradan qaldırmağa müvəffəq olublar.
Qalereya
Oxşar xəbərlər
Bakıda yük maşını aşıb, yolda tıxac yaranıb - VİDEO/FOTO (YENİLƏNİB)
Bakının Binəqədi rayonunda yük maşını qəza törədib.BAKU.WS xəbər verir ki, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi dairəsində baş vermiş hadisə zamanı "KamAZ" mark...
