Bakıda yük maşını qəza törətdi - Daşıdığı qum yola dağıldı

22
noy
2018
10:46
Bakıda ağırtonnajlı maşın qəza törədib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08:40 radələrində metronun "20 Yanvar" stansiyasının yaxınlığında baş verib.Moskva prospektindən üzü şəhər istiqamətinə hərəkət edən yük avtomobili 20 Yanvar körpüsündəki beton maneəyə dəyib. Təkərləri partlayan maşının yük yerində olan qum yola dağılıb.Hadisə nəticəsində sözügedən prospektdən üzü şəhər istiqamətinə olan yolda avtomobillər arasında sıxlıq yaranıb. Şahidlərin bildirdiyinə görə, qəza yerinə yol polisi də cəlb olunub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qəza oldu, tıxac yarandı (VİDEO)
Bakıda yol qəzası baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.99 XL 927 dövlət nömrə nişanlı "Ford" markalı...
